BİZNES

12 Sentyabr

Neft qiymətləri Yaxın Şərqdəki gərginlik və Rusiya təzyiqləri fonunda 1%-ə yaxın bahalaşdı

Finss.az xəbər verir ki, Yaxın Şərqdə geosiyasi gərginliyin artması və ABŞ-ın Rusiya neftinin alıcılarına təzyiqlərinin güclənəcəyi gözləntiləri fonunda neft qiymətləri bu gün təxminən 1% bahalaşıb.

12:50 Bakı vaxtı ilə, London ICE Futures birjasında Brent markalı noyabr fyuçerslərinin qiyməti 0,56 dollar və ya 0,84% artaraq 66,95 dollar/barel səviyyəsinə yüksəlib.

Eyni zamanda, Nyu-York NYMEX birjasında, WTI markalı oktyabr fyuçersləri 0,54 dollar və ya 0,86% bahalaşaraq 63,17 dollar/barel olub.

Qiymət artımı əsasən geosiyasi risklər və enerji bazarında təchizat qeyri-müəyyənliyi ilə izah olunur. Analitiklərin fikrincə, neft bazarındakı bu dinamika yaxın günlərdə də davam edə bilər.